Rusiya Avropaya hücum edəcək? - Putindən cavab gəldi

20:53 - 17 Dekabr 2025

Rusiya Avropaya hücum edəcək? - Putindən cavab gəldi

Rusiya Prezidenti Vladimir Putin Avropada insanlar arasında Rusiya ilə münaqişə olacağına dair qorxunun qəsdən yaradıldığını bildirib. O, bu iddiaları “yalan və cəfəngiyyat” adlandıraraq, bunun şüurlu şəkildə edildiyini deyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu fikirləri Moskvada Rusiya Müdafiə Nazirliyinin rəhbər heyəti ilə keçirilən genişləndirilmiş iclasda səsləndirib. O, Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ın qarşıya qoyulan hədəflərə çatacağını vurğulayıb.

Rusiya lideri bildirib ki, münaqişənin əsas səbəblərinin diplomatik yolla aradan qaldırılmasına üstünlük verilir. Lakin qarşı tərəf və onun xarici dəstəkçiləri real danışıqlardan imtina edərsə, Rusiya “tarixi torpaqlarını” hərbi yolla azad edəcək.

Putin 2025-ci ili Rusiya ordusu üçün dönüş nöqtəsi adlandırıb və Ukrayna cəbhəsində strateji təşəbbüsün tam şəkildə ələ keçirildiyini qeyd edib.

O, həmçinin Oreşnik ballistik raket sistemlərinin ilin sonuna qədər döyüş növbətçiliyinə veriləcəyini açıqlayıb. Burevestnik və Poseidon raket sistemlərinin isə uzun müddət “bənzərsiz və analoqu olmayan silahlar” olaraq qalacağını deyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az