İranın Hürmüzqan vilayətinə bağlı Hürmüz adası torpağında dəmir oksidinin yüksək tərkibi səbəbindən yağıntılardan sonra qırmızı rəngə bürünüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, İranın Hürmüzqan vilayətində yerləşən və dünya miqyasında tanınan Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə yağışın təsiri və dalğaların sahilə çırpılması nəticəsində qırmızı rəngli torpağın dənizlə birləşdiyi, bunun isə ərazidə vizual baxımdan diqqətçəkən təbii mənzərə yaratdığı əks olunub.
Vulkanik və çökmə süxur quruluşu ilə tanınan bölgə bu xüsusiyyəti sayəsində qısa müddətdə böyük maraq doğurub.