Rusiyanın Belgorod vilayətinə bağlı Dragunskoye kəndində bir müstəqil evdə qaz partlayışı baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində bina tamamilə dağılıb və hadisə ətrafda böyük qorxuya səbəb olub.
Partlayış anı kameralarla saniyə-saniyə qeydə alınıb, yerli səlahiyyətlilər isə partlayışda yaralanan gənc bir qadının müalicə altına alındığını bildirib.