ABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsi qəzaya uğrayıb.
Manset.az bu barədə ABC News telekanalına istinadən məlumat yayıb.
ABŞ Federal Mülki Aviasiya İdarəsi xəbəri təsdiqləyib.
Təyyarə yerə çırpıldıqdan sonra partlayıb, hazırda hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidməti əməkdaşları çalışırlar.
Qəza zamanı avtoyürüşçü Biffl, onun həyat yoldaşı və uşaqları təyyarədə olublar.