Hindistanın Carkhand ştatına bağlı Ramqarh bölgəsində 42 fildən ibarət bir sürünün ərazidə yerləşən kəndlərdən birinə daxil olduğu bildirilib. Fillərin kənd sakinlərinə hücumu nəticəsində 4 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ramqarh bölgəsindəki kəndlərdə vəhşi fil sürüsünün ard-arda hücumları əhali arasında böyük təşvişə səbəb olub.
İlk hadisə 16 dekabr tarixində yerli vaxtla axşam saatlarında qeydə alınıb. Şahidlərin sözlərinə görə, ərazi sakinləri yol kənarında dincələn fil sürüsünə yaxınlaşaraq onlarla şəkil çəkdirməyə cəhd ediblər.
Fillərdən biri özünə həddindən artıq yaxınlaşan 33 yaşlı kişini tutaraq tapdalayıb və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Məlumata əsasən, gecə saatlarında eyni fil sürüsünün başqa bir kəndə daxil olmasından sonra heyvanların çıxardığı güclü səslərdən qorxuya düşən sakinlər evlərini tərk edərək qaçmağa başlayıblar.