Bu cinayət hər kəsi şoka saldı - Sui-qəsdçi 12 yaşında uşaqdır

20:00 - 19 Dekabr 2025

Bu cinayət hər kəsi şoka saldı - Sui-qəsdçi 12 yaşında uşaqdır

İsveçdə baş verən bir sui-qəsd və onun arxasından üzə çıxan faktlar ölkəni şoka salıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Malmö şəhərində 21 yaşlı bir gəncin öldürüldüyü silahlı hücumun icraçısının cəmi 12 yaşlı uşaq olduğu məlum olub. Bundan əlavə, azyaşlının səhv şəxsi vurduğu, qətlin həyata keçirilməsi üçün isə ona minlərlə avro vəd edildiyi müəyyənləşdirilib.

İsveçdə törədilən bu qətl hadisəsi ölkə ictimaiyyətində ciddi rezonans doğurub. Malmö şəhərində hərəkətdə olan avtomobildə olan 21 yaşlı kişi silahlı hücum nəticəsində həyatını itirib. Hadisədən sonra aparılan istintaq qətlin pərdəarxası məqamlarını üzə çıxarıb: sui-qəsdin icraçısı cəmi 12 yaşında olub və hədəfi səhv salıb.

Qətl hadisəsi 12 dekabr gecəsi Malmödə baş verib. Avtomobildən açılan atəş nəticəsində arxa oturacaqda əyləşən gənc ölüb. Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində hücumun əvvəlcədən planlaşdırılmış sui-qəsd olduğu müəyyən edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az