Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda kənd ərazisinə pilotsuz uçuş aparatı (PUA) düşüb. Hadisə İzmitə bağlı Çubuklubala məhəlləsi yaxınlığında baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhəllə sakinləri vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Daxil olan xəbərdarlıqdan sonra əraziyə jandarma əməkdaşları cəlb olunub.
PUA-nın bəzi hissələrinin zədələndiyi müşahidə edilib. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmaya başlanılıb.