Müəllimlərini ələ salan 7 şagirdin cəzası bəlli oldu

20:57 - 19 Dekabr 2025

Müəllimlərini ələ salan 7 şagirdin cəzası bəlli oldu

Ankarada 61 yaşlı müəllimlə lağ edən şagirdlərlə bağlı aparılan intizam araşdırması çərçivəsində 5 şagird barəsində əyani təhsildən kənarlaşdırma, 2 şagird barəsində isə məktəb dəyişdirilməsi cəzası tətbiq olunub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çankaya rayonunda yerləşən Kocatepe Memar Kamal Anadolu Liseyində təhsil alan şagirdlərin fizika müəllimi M.C. ilə istehza etdikləri görüntülər sosial şəbəkələrdə paylaşılıb. İctimai narazılığa səbəb olan görüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən intizam araşdırmasına başlanılıb.

Ötən ay baş verən hadisə ilə əlaqədar ümumilikdə 7 şagird barəsində aparılan intizam prosesi yekunlaşıb. Nəticədə 5 şagird əyani təhsil formasından kənarlaşdırılıb, 2 şagird isə başqa məktəbə köçürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az