Dubay Beynəlxalq Hava Limanında güclü leysan və ildırımlı yağışlar səbəbindən 200-dən çox reys gecikdirilib və ya ləğv edilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hava limanında 214 reys gecikib və ya ləğv edilib. Belə ki, 159 təyyarənin eniş, 46 təyyarənin isə uçuş vaxtı yubanıb. Doqquz reys ləğv edilib.