Kolumbiyada hərbi birliyə hücum - 6 ölü, 31 yaralı

23:25 - 19 Dekabr 2025

Kolumbiyada hərbi birliyə hücum - 6 ölü, 31 yaralı

Kolumbiyada hərbi birliyə yönəlmiş partlayıcı hücumlarda 6 hərbçi həlak olub, 31 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisələrin Kolumbiyanın Cesar inzibati bölgəsinə bağlı Aguachica şəhərində baş verdiyi bildirilib.

Aguachica şəhərində hərbi birliyə qarşı bir neçə partlayıcı hücum təşkil edildiyi qeyd olunub.

Ardıcıl həyata keçirilən hücumlardan sonra Cesar qubernatorluğu şəhər ərazisində komendant saatı tətbiq edib, bölgəyə əlavə hərbi qüvvələr göndərilib. Yaralanan hərbçilərdən bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az