Avtobus aşdı - 16 ölü var

10:43 - 22 Dekabr 2025

Avtobus aşdı - 16 ölü var

İndoneziyanın Mərkəzi Yava vilayətində sərnişin avtobusunun aşması nəticəsində azı 16 nəfər həlak olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi mənbələrdən verilən məlumata görə, paytaxt Cakartadan Yoquyakarta şəhərinə hərəkət edən avtobus gecə yarısı Mərkəzi Yava vilayətinin Semaranq şəhərində, Krapyak ödəniş-keçid məntəqəsi yaxınlığında idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və yan tərəfə aşıb.

Axtarış-xilasetmə xidmətinin əməkdaşı Budiononun bildirdiyinə görə, 34 sərnişin daşıyan şəhərlərarası avtobus döngəli yolda aşaraq qəza törədib. Hadisə zamanı bəzi sərnişinlər avtobusun gövdəsi ilə beton maneə arasında sıxılıb qalıb.

Budiono qeyd edib ki, polis və xilasetmə qrupları qəza yerinə hadisədən təxminən 40 dəqiqə sonra çatıblar. Onun sözlərinə görə, 6 nəfər hadisə yerində, 10 nəfər isə xəstəxanaya aparılarkən və tibbi yardım göstərildiyi zaman həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 18 nəfərin ərazidə yerləşən iki xəstəxanaya yerləşdirildiyini bildirən Budiono, onlardan 5-nin vəziyyətinin ağır olduğunu vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az