Rusiyanın paytaxtı Moskva şəhərində avtomobildə baş verən partlayışda Rusiya generalı Fanil Sarvarov həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, öldürülən generalın Rusiya ordusunda təlim fəaliyyətlərindən məsul olduğu məlum olub.
Rusiya prezidenti Vladimir Putinin müharibə sahəsindəki mühüm simalarından biri olan General-mayor Fanil Sarvarovun sui-qəsdə məruz qaldığı bildirilir.
Hadisə yerli vaxtla saat 07:00-da baş verib. Avtomobilin ciddi ziyan gördüyü partlayışda, avtomobildəki şəxsin çoxsaylı şrapnel yaraları və sümüklərinin qırıldığı, hadisə yerindən çıxarılaraq vəziyyətinin ağır olduğu və xəstəxanaya çatdırıldığı bildirilib.