Şagird məktəb direktorunu tüfənglə vurdu - DƏHŞƏT

12:37 - 22 Dekabr 2025

Şagird məktəb direktorunu tüfənglə vurdu - DƏHŞƏT

Türkiyənin Mersin şəhərinin Anamur rayonunda 12 yaşlı orta məktəb şagirdi M.K. məktəbin həyətində məktəbin direktorunu tüfənglə vurub. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ciddi şəkildə yaralanan 39 yaşlı direktor Ender Kara xəstəxanaya aparılaraq müalicə altına alınıb. 

İddialara görə, direktor keçən həftə məktəbə elektrikli velosipedlə gələn şagirdə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra bu səhər M.K. məktəbə tüfənglə gələrək bağçada şagirdləri qarşılayan Karaya atəş açıb. Dərhal hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib. Ciddi yaralanan Ender Kara Anamur Dövlət Xəstəxanasına aparılıb.

Hadisənin ardından M.K. ifadə vermək üçün jandarma bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az