Türkiyəli tanınmış aktyor Yağmur Atacan nənəsi Zarife Korkmazoğlunu itirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu acı xəbərin təfərrüatlarını ictimaiyyətlə paylaşan isə həyat yoldaşı Pınar Altuğ olub. Altuğ sosial media hesabından etdiyi paylaşımda həm vəfat xəbərini verib, həm də dəfn mərasimi ilə bağlı məlumatları açıqlayıb.
Yağmur Atacan paylaşımının altına "Zarife nənəmizi itirdik" yazan məşhur aktrisa və həyat yoldaşına qısa müddət ərzində pərəstişkarlarından minlərlə başsağlığı mesajı gəlib.
Yağmur Atacan isə nənəsi ilə olan şəkillərini paylaşaraq altına bu yazını yazıb:
"Gülə-gülə canım nənəm. Babam çoxdan səni gözləyirdi. Sən də onu çox istəyirdin! Canım mənim..."