Ad günü tortu canını aldı 

16:46 - 22 Dekabr 2025

Ad günü tortu canını aldı 

Türkiyənin Ağrı şəhərində ürək dağlayan bir hadisə yaşandı. Yumurtaya allergiyası olan universitet tələbəsi 25 yaşlı Remziye Horuz, doğum günü üçün dostlarının aldığı tortu yedikdən sonra vəziyyəti pisləşərək aparıldığı xəstəxanada həyatını itirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2 dekabrda Abdurrahim Arvasi Qız Yurdunda baş verib. İddiaya görə, Remziye Horuza doğum günü sürprizi etmək istəyən iki dostu şəhər mərkəzindəki bir şirniyyatçıya gedərək tərkibində yumurta olmayan tort sifariş ediblər. Tortla yataqxanaya qayıdan tələbələr dostları ilə birlikdə doğum gününü qeyd ediblər. Tədbir zamanı tortdan yeyən Remziye Horuzun qısa müddət sonra halının pisləşdiyi hiss olunub.

Durumun bildirilməsi üzərinə qız xəstəxanasına aparılıb. Eyni gecə intensiv terapiya şöbəsinə yerləşdirilən gənc tələbə, həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az