"The Wire" serialındakı unudulmaz çıxışı ilə tanınan James Ransonenin 46 yaşında dünyasını dəyişdiyi açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Los Anceles məhkəmə tibbi ekspertləri Ransonenin ölümünün intihar nəticəsində olduğunu bildiriblər.
2000-ci illərin əvvəllərində televiziya karyerasına başlayan Ransone, "Ed" və "Third Watch" kimi seriallarda kiçik rollarda çıxış edib.
Amma onun əsas böyük çıxışı "The Wire"ın ikinci mövsümündə canlandırdığı liman işçisi və gangster Ziggy Sobotka obrazı ilə olub. Tənqidçilərdən yüksək qiymət alan bu performansı, serialın pərəstişkarları tərəfindən də ən sevilən obrazlardan biri kimi qəbul edilib. Ransonenin qəfil ölümü televiziya dünyasında dərin kədər yaradıb.