Trampın sensasiyalı görüntüləri yayıldı - FOTOLAR

10:14 - 23 Dekabr 2025

Trampın sensasiyalı görüntüləri yayıldı - FOTOLAR

"Epsteini Mar-a-Lagodan mən qovdum. Bu arada Epsteinin adasına heç vaxt getmədim".


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib. 

Tramp Florida ştatının Palm Beach bölgəsində yerləşən Mar-a-Lago malikanəsində təşkil edilən bir tədbirdə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib. O, "Epstein sənədlərindəki Bill Clinton fotolarının sayısı sizi təəccübləndirdi? İlin sonuna qədər bütün sənədlərin tam şəkildə yayımlanacağına dair bir öhdəlik verərsinizmi?" - sualına da cavab verib.

Bir çox insanın Epstein sənədlərinin Demokratların təzyiqi ilə yayımlanmasına qəzəbli olduğunu iddia edən Tramp "Bunun dəhşətli olduğunu düşünürəm. Bill Clintonu sevirəm. Onunla hər zaman yaxşı münasibətim olub. Onun fotolarının ortaya çıxmasını görməkdən xoşlanmıram, amma Demokratlar, xüsusən də, Demokratların istədiyi şey tam olaraq budur" - deyib.

Epsteinin çox sosial bir çevrəyə sahib olduğunu və əvvəllər hər kəsin onun dostu olduğunu vurğulayan Tramp, "Harvardın başında olan şəxs Epsteinin ən yaxın dostu idi. Bill Clinton onun dostu idi, əslində hər kəs onun dostu idi" - ifadələrini də işlədib.

Qeyd edək ki, ABŞ Prezidentinin də sözügedən adada baş verən məclislərdən fotoları yayılmışdı 

Həmin fotoları təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az