Ukrayna Prezidenti Zelenski Rusiya ordusunun ölkəsinə qarşı 30-dan çox raket və 650-dən çox pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, Zelenski hücumlar nəticəsində çox sayda insanın həyatını itirdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski, dünən gecədən etibarən Rusiya ordusunun ölkəsinə qarşı 30-dan çox raket və 650-dən çox pilotsuz uçuş aparatı istifadə etdiyini bildirdi.
Zelenski, sosial şəbəkə hesabında etdiyi açıqlamada, ölkəsinin dünən gecədən bəri intensiv Rusiya hava hücumları altında olduğunu qeyd edib. O, Rusiyanın Ukraynanın müxtəlif bölgələrindəki enerji və mülki infrastrukturları hədəf aldığını, indiyə qədər 30-dan çox raket və 650-dən çox pilotsuz uçuş aparatının (PUA) atıldığını ifadə edib. Axtarış və xilasetmə komandalarının hücum edilən ərazilərdə çalışmalarını davam etdirdiyini vurğulayan Zelenski, "Kiyev bölgəsində bir qadın, Rusiya PUA hücumu nəticəsində həyatını itirdi. Xmelnytskiy bölgəsində bir nəfərin öldüyü bildirildi. Jitomir bölgəsində isə Rusiya PUA-sının bir binaya dəyərək nəticədə dörd yaşlı bir uşaq həyatını itirdi. Ailələrinə və yaxınlarına başsağlığı diləyirəm" - deyib.