Məşhur futbolçunun yasına getdi - Yasdan çıxanda güllələdilər 

17:13 - 23 Dekabr 2025

Məşhur futbolçunun yasına getdi - Yasdan çıxanda güllələdilər 

Ekvadorda məşhur futbolçu Mario Pineidanın dəfn mərasimində iştirak edən Karen Grunauer Franco mərasimdən sonra silahlı hücum nəticəsində həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum gənc qadının avtomobilindən atəş açılması nəticəsində baş verib. hadisənin Pineidanın ölümünə əlaqəli olub-olmaması araşdırılır.

Əldə edilən məlumatlara görə, 39 yaşlı Karen Grunauer Franco ötən həftə həyatını itirən Ekvadorlu futbolçu Mario Pineidanın silahlı hücum nəticəsində ölümündən sonra keçirilən dəfn mərasimində iştirak edib. Mərasimdən sonra Karen kilsədən avtomobillə ayrılarkən başqa bir avtomobildən atəşə tutulub.

Hücum edənlərin olduğu avtomobildən açılan atəşlə çox sayda güllə ilə vurulan Karen hadisə yerində həyatını itirib. Gənc qadının cansız bədəni yolun ortasında tapılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az