ABŞ Miqrasiya və Gümrük Mühafizə İdarəsi (ICE) ilin sonuna qədər ABŞ-ı tərk edən miqrantlara 3 min dollar mükafat verəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ICE ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasında qeyri-qanuni miqrantlarla bağlı video paylaşımı edib.
Süni zəka ilə hazırlanmış videoda "Santa Klaus"un ICE-uniforması geyərək qeyri-qanuni miqrantları yaxaladığı və ölkədən deportasiya etdiyi təsvir olunub.
Videoya dair verilən açıqlamada, ilin sonuna qədər ölkədən "könüllü ayrılacaq" qeyri-qanuni miqrantlara verilən mükafatın 3 min dollara qaldırıldığı bildirilib.
ABŞ Prezidenti Donald Trump rəhbərliyindəki administrasiya, qeyri-qanuni miqrantların "CBP Home" adlı tətbiq vasitəsilə ölkəni könüllü şəkildə tərk etmələri üçün 1000 dollarlıq mükafat təklif edir.
ICE, Trumpın ikinci dövrünün ilk 9 ayında, Çikaqo, Los-Anceles və Şarlot (North Carolina) daxil olmaqla bir çox şəhərdə miqrasiya əməliyyatları keçirərək təxminən 220 min nəfəri saxlayıb, bunlardan təxminən 75 mininin cinayət qeydi olmadığı bildirilib.