İrandan İraqa qaz tədarükü dayandırıldı

20:04 - 23 Dekabr 2025

İrandan İraqa qaz tədarükü dayandırıldı

İraqın Elektrik Enerjisi Nazirliyi qonşu İrandan təbii qaz təchizatının tamamilə dayandırıldığını bildirib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Əhməd Musa məlumat verib.

"İran qazının təchizatı tamamilə dayandırılıb", - deyə o bildirib.

Məlumata görə, buna səbəb İran obyektlərində yaranmış fövqəladə vəziyyət olub və Tehran bu barədə Bağdadı rəsmi qaydada məlumatlandırıb.

"İran tərəfi Elektrik Enerjisi Nazirliyinə teleqram göndərərək, gözlənilməz hallarla əlaqədar qaz təchizatının tamamilə dayandırıldığı barədə məlumatlandırıb", - nazirliyin bəyanatında deyilir.

Əhməd Musa əlavə edib ki, İraq Elektrik Enerjisi Nazirliyi yerli alternativ yanacaqdan istifadəyə keçib.

İran qazı İraqın tələbatının 30-40 %-ni ödəyirdi.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az