Məşhur oyunun yaradıcısı vəfat etdi - FOTO

22:57 - 23 Dekabr 2025

Məşhur oyunun yaradıcısı vəfat etdi - FOTO

Dünya şöhrətli "Call of Duty" videooyun seriyasının həmmüəllifi və oyun sənayesinin aparıcı simalarından biri olan Vins Zampella 55 yaşında bədbəxt hadisə nəticəsində vəfat edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, videooyun sənayesində milyonlarla oyunçu tərəfindən tanınan və "Call of Duty" seriyasının yaradıcılarından biri olan Zampella yol-nəqliyyat qəzasında həyatını itirib. Məlumata görə, qəza zamanı onun idarə etdiyi avtomobil tuneldən çıxdıqdan sonra idarəetmədən çıxaraq beton səddə çırpılıb və nəqliyyat vasitəsində yanğın baş verib.

Rəsmi açıqlamaya əsasən, ölüm səbəbi 2025-ci il dekabrın 21-də, bazar günü, Los-Anceles şəhərinin şimalında yerləşən Angeles Crest avtomobil yolunda baş vermiş tək nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat qəzası olub.

Qəza zamanı Zampellanın idarə etdiyi Ferrari markalı avtomobil tuneldən çıxdıqdan sonra nəzarətdən çıxaraq beton səddə çırpılıb və avtomobildə yanğın yaranıb. Vins Zampella hadisə yerində həyatını itirib. Avtomobildə olan digər sərnişin isə xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.

Vins Zampella videooyun dünyasında böyük rezonans doğuran layihələrin müəllifi kimi tanınırdı. O, 2002-ci ildə Infinity Ward studiyasını təsis edərək Call of Duty seriyasının əsasını qoyan şəxslərdən biri olub. Sözügedən oyun seriyası dünya üzrə yüz milyonlarla nüsxə satılıb.

Sonrakı illərdə Zampella Respawn Entertainment studiyasını yaradaraq burada Titanfall, Apex LegendsStar Wars Jedi kimi uğurlu layihələrə imza atıb. Eyni zamanda o, Electronic Arts (EA) şirkəti çərçivəsində Battlefield oyun seriyasının inkişafına rəhbərlik edirdi.

Oyun sənayesinin bir çox tanınmış nümayəndəsi Vins Zampellanı “vizioner yaradıcı” kimi xarakterizə edib və onun karyerasının müasir interaktiv əyləncə sahəsinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Zampellanın vəfatı dünya oyun ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az