Pakistanın Haybər-Paxtunxva əyalətində polis avtomobilinə təşkil olunan hücum nəticəsində 5 polis əməkdaşı həlak olub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, polis sözçüsü Şövkət Xan açıqlamasında hücumun əyalətin Karak rayonunda baş verdiyini bildirib.
Şövkət Xan hadisə yerinə rayon polis rəisi də daxil olmaqla çoxsaylı polis qüvvələrinin cəlb edildiyini, ərazidə axtarış-təhlükəsizlik tədbirlərinə başlanıldığını qeyd edib.
Hücumun səbəbləri ilə bağlı hələlik rəsmi məlumat verilməyib.