Trampdan Maduroya TƏHDİD - "Sonuncu dəfə ola bilər!"

23:23 - 23 Dekabr 2025

Trampdan Maduroya TƏHDİD - \"Sonuncu dəfə ola bilər!\"

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ətrafında “nəhəng Amerika donanması”nın yerləşdiyini bildirərək, Venesuela Prezidenti Nikolas Maduroya xəbərdarlıq edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp qeyd edib ki, “O, istədiyini edə bilər. Lakin əgər aqressiv davranarsa, bu, onun üçün sonuncu dəfə olar”.

Donald Tramp bu fikirləri Yeni il tətilini keçirdiyi Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlaması zamanı ABŞ–Venesuela münasibətlərindəki gərginliyi dəyərləndirərkən səsləndirib.

Tramp Venesuelanın ABŞ-yə çoxlu sayda qanunsuz miqrant və cinayətkar göndərdiyini iddia edib. O, həmçinin ölkəyə daxil olan böyük həcmdə narkotik maddələrin məhz Venesuela mənşəli olduğunu bildirərək, buna qarşı tədbirlər görüləcəyini vurğulayıb.

ABŞ-nin əsas məqsədinin Maduro hakimiyyətini devirmək olub-olmaması ilə bağlı suala cavab verən Tramp deyib:
“Bu, ehtimal ki, belə olardı. Mən bunu dəqiq deyə bilmərəm. Nə edəcəyinə o özü qərar verir. Bunun onun üçün ağıllı addım olacağını düşünürəm. Gözləyək, görək nə baş verəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az