Türkiyənin Aksaray şəhərində 39 yaşlı dörd aylıq hamilə qadın naməlum şəxslər tərəfindən döyülərək küçəyə atılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Qurtuluş məhəlləsində, çərşənbə bazarının yerləşdiyi ərazi yaxınlığında baş verib. İlkin məlumatlara görə, xarici vətəndaş olan 39 yaşlı Esma N. adlı qadın kimliyi hələlik müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən fiziki zorakılığa məruz qalaraq küçəyə atılıb.
Küçədən qadının fəryad səsini eşidən sakinlər dərhal vəziyyət barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər.