Türkiyənin tanınmış səhnə ustalarından olan aktyor və rejissor Nedrət Denizhan vəfat edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun vəfatı ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatrları rəsmi açıqlama yayıb. Açıqlamada bildirilib:
“Teatrımızın duayen sənətçilərindən biri olan Nedrət Denizhanı itirməyin dərin kədərini yaşayırıq. Kədərli ailəsinə, onu sevən hər kəsə və Türkiyə teatr ictimaiyyətinə başsağlığı veririk”.