Almaniya kosmik missiyalara hazırlıq çərçivəsində 100 gün ərzində tam izolyasiya şəraitində yaşamağa razı olan könüllülər axtarır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təcrübədə iştirak edəcək şəxslərə 23 min avro ödəniş ediləcək.
Kosmik uçuşların çətin şərtlərini Yer üzündə sınaqdan keçirmək məqsədi ilə Almaniya qeyri-adi bir layihəyə start verib. Elmi eksperiment çərçivəsində 100 gün müddətində xarici aləmdən tam təcrid olunmuş şəraitdə yaşamağı qəbul edən könüllülərə maddi mükafat nəzərdə tutulur.
Layihənin əsas məqsədi insan orqanizminin və psixoloji durumunun uzunmüddətli izolyasiya şəraitinə davamlılığını qiymətləndirməkdir.