Türkiyəli məşhur aktrisanın paylaşımı Fənərbağçalıları qəzəbləndirdi

23:45 - 23 Dekabr 2025

Türkiyəli məşhur aktrisanın paylaşımı Fənərbağçalıları qəzəbləndirdi

Paylaşımları ilə tez-tez gündəmə gələn türkiyəli tanınmış aktrisa Bahar Şahin növbəti paylaşımı ilə geniş müzakirələrə səbəb olub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın sosial şəbəkədə səsləndirdiyi fikirlər xüsusilə Fənərbağça azarkeşlərinin narazılığına yol açıb.

28 yaşlı Bahar Şahin bu dəfə yayımladığı videoda ən böyük qorxusundan danışıb. Sözləri qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb.

Qatı "Qalatasaray" azarkeşi olan aktrisa videomüraciətində belə deyib:

“Bilirsiz, həyatda ən böyük qorxum nədir? Allahın mənə "Fənərbağça" azarkeşi olan bir ər qismət etməsi. İnan ki, bundan çox qorxuram. "Beşiktaş olar", "Qalatasaray" isə onsuz da möhtəşəm olar. Ağlına gələ biləcək istənilən komanda ola bilər. Amma "Fənərbağça"… Qətiyyən yox. Bu mümkün deyil, qeyri-mümkündür”.

Bahar Şahinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və azarkeşlər arasında müxtəlif reaksiyalar doğurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az