Dördqat dünya çempionu oteldə ölü tapıldı - FOTO

09:05 - 24 Dekabr 2025

Dördqat dünya çempionu oteldə ölü tapıldı - FOTO

Dekabrın 23-də norveçli biatlonçu Sivert Quttorm Bakken 27 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Bakken İtaliyadakı otel otağında ölü tapılıb. Ölüm səbəbi hələlik məlum deyil. Ailəsi onun ölümünü təsdiqləyib.

Bakken 2008-ci ildən bəri biatlon yarışlarında iştirak edir və Dünya Kubokunda debütünü 2020/21 mövsümündə Almaniyanın Oberhof şəhərində edib. O, fərdi yarış da daxil olmaqla, dörd Dünya Kuboku titulunu qazanıb. Bakken həmçinin Avropa Çempionatında 3 qızıl medal qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az