Atasını və qardaşı arvadını tapança ilə vurdu - Türkiyədə DƏHŞƏT

12:29 - 24 Dekabr 2025

Atasını və qardaşı arvadını tapança ilə vurdu - Türkiyədə DƏHŞƏT

Antalyanın Manavgat rayonunda bir şəxs mübahisə etdiyi atası və qardaşı arvadını tapança ilə vuraraq ağır yaralayıb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Manavgat rayonunun Ulukapı kəndində baş verib.

Məlumata görə, 46 yaşlı Həsənəli Y. ilə qonşu binada yaşayan atası 75 yaşlı Əli Y. arasında ailəvi səbəblərdən mübahisə yaranıb. Mübahisə zamanı Həsənəli Y., atası Əli Y.-ni və Gürcüstan əsilli 62 yaşlı Xürmət xanım Nora D.-ni tapança ilə vuraraq yaralayıb.

Silah səslərini eşidərək hadisə yerinə gələn qonşuları, Həsənəli Y.-ni əlində silah ilə qarşılayıb və onları evə buraxmayıb. Eyni zamanda hadisə yerinə gələn təcili yardım xidmətlərinin də evə girməsinə icazə verməyib.  Hadisə yerinə jandarma qüvvələri gəldikdə Həsənəli Y. qaçmaq məqsədilə evdən çıxıb və yalnız bu vaxt yaralılara kömək göstərmək mümkün olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az