Türkiyəli müğənni Güllünün şübhəli ölümünə dair aparılan istintaqda həbs edilən qızı Tuğyan Ülkem Gülterin həbsxanada zorakılığa məruz qaldığı iddia edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddiaların ardından Gülter Gebze həbsxanasından Silivri həbsxanasına köçürülüb.
Qeyd edək ki, həbs olunduqdan sonra Gebze Qadın Həbsxanasına göndərilən Tuğyan Ülkem Gülterin, oradakı digər məhbuslar tərəfindən protesto edildiyi iddia edilib. İddiaya görə, onunla birlikdə qalan məhbuslar yüksək səslə Güllü mahnıları dinlədərək Gülterə qarşı etirazlarını bildiriblər.