10 illik münasibətlərindən sonra Georgina Rodriguez 5 milyon dollarlıq üzük hədiyyə edərək nişan təklifi edən futbolçu Kriştiano Ronaldo bu dəfə də sərvət dəyərindəki hədiyyəsi ilə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo yalnız karyerasındakı uğurları ilə deyil, həm də şəxsi həyatı ilə diqqət çəkən isimlərdən biri olmağa davam edir.
Məşhur futbolçu Ronaldo uşaqlarının anası Georgina Rodriguez ilə uzun müddətdir ki, xoşbəxt bir münasibət yaşayır.
2016-cı ildən birlikdə olan məşhur cütlükdən müjdəli xəbər nəhayət gəlib.
Kriştiano Ronaldo, 9 illik sevgilisi Georgina Rodríguezə nəhəng ölçüdə bir üzük hədiyyə edərək evlilik təklifi edib.