İstanbulun Kadıköy qəsəbəsində 5 mərtəbəli bir binada yanğın baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çox sayda komanda göndərilib.
Kadıköy Bağdat küçəsindəki 5 mərtəbəli binada baş verən yanğın barədə məlumat alındıqdan sonra yanğınsöndürən, təcili yardım və polis əməkdaşları hadisə yerinə cəlb edilib. Binanı əhatə edən yanğının söndürülməsi üçün işlər davam edir.