Okan Buruk keçmiş həyat yoldaşı ilə Parisdə - FOTO

17:39 - 24 Dekabr 2025

Okan Buruk keçmiş həyat yoldaşı ilə Parisdə - FOTO

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk keçmiş həyat yoldaşı Nihan Akkuş və oğulları Ali Yiğit ilə birlikdə Parisdə tətil edir. Cütlük, 2024-cü ildə gözlənilmədən boşanmış, lakin təxminən iki ay əvvəl yenidən barışmışdı.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Okan Buruk 2007-ci ildə evləndiyi və oğlu Ali Yiğitin anası olan Nihan Akkuş ilə fevral 2024-də sürpriz şəkildə boşanmışdı. Ayrılıqdan sonra Burukun adı müxtəlif şəxslərlə eşq şayiələrində hallanmışdı.

Ayrılığa baxmayaraq, tamamilə yollarını ayırmayan cütlüyün təxminən iki ay əvvəl yenidən barışdığı bildirilmişdi. Okan Buruk və Nihan Akkuş Etilerdəki bir məkanın qarşısında əl-ələ görüntülənmiş və bu şəkillər Türkiyə mətbuatı gündəmində geniş yer almışdı.

Yenidən bir araya gələn cütlük, bu dəfə oğulları Ali Yiğit ilə birlikdə Parisdə tətil edərkən görüntüləndilər. Nihan Akkuş Parisdə çəkildikləri bir fotoşəkili Instagram hesabında paylaşmış və bu tətil xəbərləri sosial mediada sürətlə yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az