Ərdoğan liviyalı həmkarına başsağlığı verdi

22:53 - 24 Dekabr 2025

Ərdoğan liviyalı həmkarına başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsində məlumat paylaşıb.

O qeyd edib ki, R.T. Ərdoğan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın həlak olduğu qəza ilə bağlı Mənfiyə başsağlığı verib, hadisə yerində araşdırmanın fasiləsiz davam etdiyini onun diqqətinə çatdırıb.

Ərdoğan bildirib ki, iki ölkə arasındakı əlaqələr güclüdür və Türkiyə Liviyaya dəstək verməyə davam edəcək.

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az