Nəhəng asteroid dünyaya çırpılacaq - 1,2 milyard insan öləcək

23:15 - 24 Dekabr 2025

Nəhəng asteroid dünyaya çırpılacaq - 1,2 milyard insan öləcək

Məşhur ispan jurnalist və yazıçı J.J. Benites verdiyi açıqlamada 2027-ci ilin avqust ayında nəhəng bir asteroidin Yerə çarpa biləcəyini NASA və ABŞ ordusunun müdaxiləsi ilə bunun qarşısı alınmadığı təqdirdə isə toqquşmanın qlobal miqyaslı böyük fəlakətə səbəb ola biləcəyini iddia edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Benites yeni kitabı “Están aquí” (“Onlar buradadır”) ilə bağlı verdiyi podkast müsahibəsində Yer üçün təhlükə yaratdığı deyilən bu göy cisminin təxminən 30 kilometr diametrində olduğunu bildirib. Onun sözlərinə görə, asteroidin Qərbi Atlantik okeanına, xüsusilə, Bermud adalarından təxminən 300 kilometr şərqdə bir əraziyə düşmə ehtimalı var. 

Yazıçı qeyd edib ki, bu ssenari reallaşarsa, 48 saat ərzində 1,2 milyard insan həyatını itirə bilər, hadisə isə sunamilər, güclü vulkanik proseslər və digər dağıdıcı təsirlər də daxil olmaqla bütün dünyada ağır nəticələr doğura bilər. 

Benitesin iddiasına görə, belə bir toqquşma baş verərsə, ABŞ-ın şərq və cənub sahilləri, eləcə də Böyük Britaniya və Portuqaliya kimi bəzi bölgələr tamamilə məhv ola bilər. O, NASA və ABŞ ordusunun bu asteroidin trayektoriyasını dəyişmək və ya onu məhv etmək məqsədilə təxminən 12 ildir üzərində çalışdığını da irəli sürüb. 

Bununla belə, Benites açıqlamasını “Ümid edirəm ki, yanılıram” sözləri ilə tamamlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az