Braziliyanın Amazonas ştatına bağlı Koari şəhərində iki yaşlı qız uşağı evinin yaxınlığındakı çaya düşərək piranaların hücumuna məruz qalıb və həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bölgədə uzun müddətdir müzakirə olunan pirana təhlükəsini yenidən gündəmə gətirib.
Məlumata görə, Klara Vitoriya adlı azyaşlı uşaq çaya düşən ərazinin çəpər və ya qoruyucu baryerlərlə təmin edilmədiyi bildirilir. Ailə üzvləri uşağın yoxa çıxdığını anladıqdan sonra təxminən beş dəqiqə davam edən axtarışlar nəticəsində onu sudan çıxara biliblər. Lakin göstərilən tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faciəli hadisə Braziliyanın Amazonas ştatında, Koari şəhəri yaxınlığında baş verib. Bildirilir ki, azyaşlı Klara ailəsi ilə birlikdə çay üzərində yerləşən üzən konstruksiyada yaşayırmış və bədbəxt hadisə məhz bu ərazidə qeydə alınıb.