ABŞ-dan bu 5 şəxsə viza qadağası

23:40 - 24 Dekabr 2025

ABŞ-dan bu 5 şəxsə viza qadağası

ABŞ Dövlət Departamenti ABŞ mənşəli sosial media şirkətlərinə tətbiq edilən cərimə və məhdudiyyətlərdə rol oynayan beş nüfuzlu şəxsə viza qadağası tətbiq edib. 


Manset.az xarici mediasına istinadən xəbər verir ki, qadağa siyahısına Avropa İttifaqı (Aİ) Komissiyasının sabiq üzvü Tyerri Breton da daxildir. Bu addıma reaksiya verən Aİ Komissiyası isə ABŞ-ın qərarına “sürətli və qətiyyətli cavab” veriləcəyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Amerika mərkəzli sosial media platformalarına qarşı cərimə və məhdudiyyətlər üçün hüquqi əsas yaradan Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (DSA) hazırlanmasında iştirak etmiş əsas fiqurlardan biri olan sabiq Aİ Komissiya üzvü Tyerri Bretona viza qadağası tətbiq edib. Eyni zamanda Avropada nifrət nitqi və dezinformasiya ilə mübarizə məqsədilə yaradılmış vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri sırasında yer alan daha dörd nəfər də bu siyahıya daxil edilib.

ABŞ-ın hədəf aldığı şəxslər arasında Aİ Komissiyasının sədri Ursula fon der Lyayenin ilk səlahiyyət dövründə komissar vəzifəsində çalışmış Tyerri Bretonla yanaşı, Böyük Britaniya vətəndaşları İmrah Əhməd və Kler Melford, həmçinin Almaniyadan Anna-Lena fon Hodenberq və Jozefina Ballon da var.

Aİ Komissiyası ABŞ-ın bu qərarını kəskin şəkildə tənqid edərək, məsələnin ittifaq səviyyəsində ciddi şəkildə qiymətləndiriləcəyini və müvafiq addımların atılacağını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az