Ana və oğul bir gün fərq ilə eyni balkondan düşərək öldülər

23:56 - 24 Dekabr 2025

Ana və oğul bir gün fərq ilə eyni balkondan düşərək öldülər

Türkiyənin Antalya şəhərinin Kepez rayonunda səkkizinci mərtəbədə yerləşən mənzilin balkonundan yıxılaraq həyatını itirən 5 yaşlı A.Y.Ö.-nün ukraynalı anası Yuliya Zahadan da hadisədən bir gün sonra eyni balkondan yıxılaraq vəfat edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 22 dekabr tarixində Türkiyə saatı ilə 10:00 radələrində Kepez rayonunun Yeni Doğan məhəlləsində baş verib. Məlumata görə, bazara getmək üçün evdən çıxan 45 yaşlı Yuliya Zahadana baxmaq istəyən azyaşlı A.Y.Ö. yaşadıqları mənzilin səkkizinci mərtəbəsindəki balkondan yıxılıb. Dərhal xəstəxanaya çatdırılan uşaq həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib.

Övladının ölümündən sonra dərin sarsıntı keçirən Yuliya Zahadan isə ertəsi gün saat 13:00 radələrində eyni balkondan yıxılıb. Hadisəni görən şəxslərin məlumatı əsasında əraziyə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az