Zelenskidən yeni il MESAJI - "Ukrayna üçün sülh arzulayırıq"

23:53 - 24 Dekabr 2025

Zelenskidən yeni il MESAJI - \"Ukrayna üçün sülh arzulayırıq\"

Ukrayna Prezidenti Volodimir Zelenski Milad bayramı münasibətilə xalqa videomüraciət ünvanlayıb. O, hər kəsin bayramı öz evində, sülh və əmin-amanlıq şəraitində qeyd etməli olduğunu bildirib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Zelenski qeyd edib ki, Ukrayna xalqı artıq dörd ildir müstəqillik uğrunda mübarizə aparır və bu müddət ərzində öz torpaqlarını, ailələrini, evlərini və daxili rahatlığını qoruyur.

Prezident vurğulayıb ki, bir çox ukraynalı bu bayramı evində qarşılaya bilməyəcək. Bununla belə, o bildirib ki, Rusiyanın bütün çətinliklərə baxmayaraq işğal edə və ya bombalaya bilmədiyi ən vacib dəyər Ukrayna xalqının qəlbidir, bir-birinə olan inamı və birliyidir.

Zelenski əlavə edib ki, Rusiya ordusu bayram ərəfəsində də Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. O, çıxışını belə yekunlaşdırıb:
“Ukrayna üçün sülh arzulayırıq. Bunun üçün mübarizə aparırıq.”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az