Maşını ATM-yə bağlayıb yerindən sökdülər - ABŞ-da görülməmiş oğurluq 

17:48 - 25 Dekabr 2025

Maşını ATM-yə bağlayıb yerindən sökdülər - ABŞ-da görülməmiş oğurluq 

ABŞ-ın Texas ştatının Dallas və Fort Worth bölgələrində maskalı oğrular marketdəki ATM-ni oğurlamaq üçün oğurlanmış avtomobili istifadə edərək onu yerindən çıxarıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, amma marketin ön qapıları və pəncərələrində ciddi ziyan meydana gəlib, marketin içindəki rəflər və məhsullar isə dağınıq vəziyyətə düşüb.

White Settlement Polis Şefi Christopher Cook etdiyi açıqlamada "Çərşənbə günü saat 03:44-də polis, yerli bir marketin pəncərəsinin sındığına dair ilk məlumatı alıb. Polis hadisə yerinə yollandığı zaman, marketin arxa tərəfindəki bir ATM-nin oğurlanmağa çalışıldığına dair əlavə məlumat alınıb. Polis hadisə yerinə çatanda, şübhəlilər ATM-ni metal bir kablo ilə sürüyərək hadisə yerindən qaçmışdılar" - deyə bildirilib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az