Balıkesir əyalətinin Gömeç rayonunda mərhum musiqiçi, bəstəkar və müğənni Kayahan Açara aid olan 5 bitişik evdən ibarət dəniz mənzərəli "Gönül Köşkü" satışa çıxarılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ev 3 aprel 2015-ci ildə vəfat edən Kayahanın bir çox əsərini bəstələdiyi evidir.
Musiqi həyatında 3 qırxbeşlik, bir uzunçalar, 13 kaset və CD-yə sahib olan ustad musiqiçinin köşkü 1609 kvadratmetr sahəyə malik 5 bitişik evdən ibarətdir. Hər biri 5 otaq və 1 zaldan ibarət olan evlərdən ibarət köşk hovuzu, dəniz mənzərəsi və mənzərəsi ilə diqqət çəkir.
Köşkün satış qiymətinin 130 milyon TL olduğu bildirilib.