Ərini qızğın yağla öldürdü - Cəzası bəlli oldu

16:54 - 26 Dekabr 2025

Ərini qızğın yağla öldürdü - Cəzası bəlli oldu

Türkiyənin Üsküdar ərazisində mübahisə etdiyi həyat yoldaşının yuxuda olduğu vaxt üzərinə qaynar yağ dökərək öldürən Zeynep Gürsülə qarşı 24 ilədək həbs cəzası istəyi ilə cinayət işi açılıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 15 oktyabr axşamı Üsküdar Ünalan məhəlləsində baş verib. İddialara görə, 44 yaşlı Zeynep Gürsül ilə 53 yaşlı həyat yoldaşı Sinan Gürsül arasında mübahisə yaranıb. Bir müddət sonra Sinan Gürsül yataq otağına keçərək yatıb. Zeynep Gürsül isə mətbəxdə qızdırdığı yağı alıb və yatan ərinin üzərinə töküb. Hadisə yerinə polis və təcili yardım əməkdaşları göndərilib.

Bədənində ağır yanıq izləri olan Sinan Gürsül, təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanada 13 gün müalicə olunduqdan sonra, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, 28 oktyabrda həyatını itirib. Hadisənin ardından Zeynep Gürsül polis tərəfindən saxlanılıb. Polisdəki ifadəsində ərinin uzun müddət alkoqol qəbul etdiyini və ona fiziki zor tətbiq etdiyini bildirən qadın, məhkəməyə çıxarılaraq həbs edilib.

İstanbul Anadolu Cümhuriyyət Prokurorluğunda aparılan istintaq tamamlanıb. İddianamədə, ər və arvad arasında, öldürülən şəxsin alkoqol alması və təqsirləndirilən şəxsin əleyhinə fiziki zorakılıq hallarının hüquqi orqanlara bildirilməməsi səbəbindən problemlər yarandığı qeyd olunub. Hadisə günü təqsirləndirilən şəxsin evə içkili şəkildə gələn ərinin yuxuya getməsini gözlədiyi, yuxuda olduğundan əmin olduqdan sonra mətbəxə gedərək qazanda günəbaxan yağını qızdırdığı və həmin qaynar yağı yatan ərinin bədəninə tökərək öldürdüyü bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az