Bu gün Rusiya ordusunun Xarkovu və şəhər ətrafını idarə olunan aviabombalar ilə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Xarkovun meri İqor Terexovun Telegram kanalına istinadən məlumat yayıb.
Məlumata görə, bomba şəhərin ən intensiv nəqliyyat axını olan yollarından birinə düşüb. Nəticədə içərisində insanlar olan bir neçə avtomobil yanmağa başlayıb.
“Hazırda bir nəfərin həlak olduğu, üç nəfərin yaralandığı məlumdur. Yaralılardan birinin vəziyyəti ağırdır. Zərbə yerinin yaxınlığında yerləşən çoxmənzilli və fərdi yaşayış evlərinə ziyan dəyib”, — şəhər rəhbəri bildirib.