Türkiyənin Manisa şəhərində axşam saatlarında sürücülərin idarəetməni itirməsi nəticəsində iki minik avtomobilinin toqquşması ilə baş verən dəhşətli yol-nəqliyyat hadisəsində eyni ailənin üç üzvü həlak olub, bir nəfər isə xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza Dəmirçi–Sələndi avtomobil yolunda qeydə alınıb.
Məlumatlara görə, Soner Kapucu tərəfindən idarə olunan, 64 AU 105 dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdən hərəkətdə olan, Mustafa D.-nin sükanı arxasında olduğu 06 EUV 371 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Hadisəni görənlərin məlumat verməsindən sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə və təhlükəsizlik qüvvələri cəlb olunub.