Sərhədlərin demarkasiyası və delimitasiyası olmalıdır, bunun üçün hansı xəritələrdən istifadə olunacağı ilə bağlı müzakirələr gedir.
Manşet.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan keçirdiyi onlayn mətbuat konfransında deyib.
O bildirib ki, hazırda ortada 1929, 1969, 1975-ci illərin xəritələri var.
"Biz indi onları ətraflı öyrənirik. Proses zamanı ortaya çıxacaq problemləri necə aşmaq yollarını araşdırırıq. Yəni biz müxtəlif ssenariləri nəzərdən keçiririk. Çünki ortada olan xəritələr fərqlidir”, - o deyib.
Kirats-Voskepar dağlarından keçməklə alternativ yol çəkmək istəyi ilə bağlı məlumatlara toxunan Paşinyan deyib ki, bu yol dağlardan keçmir: "Əgər orada problem varsa, o zaman söhbət bir neçə kilometrdən, bəzən hətta 300-500 metrdən gedir”.
(olke.az)