Tümendən İrəvana uçan təyyarənin mühərriki partladı

17:31 - 25 Dekabr 2021

Tümendən İrəvana uçan təyyarənin mühərriki partladı

Rusiyanın Tümen şəhərindən Ermənistanın paytaxtı İrəvana uçan təyyarənin mühərriki partladığı üçün reys təxirə salınıb.

Manşet.az xəbər verir ki, məlumatı "RİA Novosti” yayıb.

"Reys saat 07.20-də (yerli vaxtla - red.) Tümendən İrəvana uçmalı imiş. Uçuş zamanı təyyarənin mühərriki partlayıb. Reys təxirə salınıb. Axşama doğru təyyarənin uçacağı bildirilib”, - məlumatda bildirilib.

Təyyarə "Utair” aviaşirkətinə məxsus olub.

Hadisə ilə bağlı sosial şəbəkədə videoyazı yayılıb, orada təyyarənin sol qanadının altında partlayış görünür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az