İrandakı həyat bahalılığına qarşı başlayan etirazların ikinci həftəsinə girərkən, Qərb mətbuatında ABŞ-ın Venesueladakı Maduro müdaxiləsindən sonra Tahranda vəziyyətin dəyişdiyinə dair şərhlər yayılmaqdadır.
Manset.az-ın "The Times" qəzetinə istinadən xəbərinə görə, İranda etirazların yatırıla bilməməsi və ya təhlükəsizlik qüvvələrinin tərəf dəyişməsi halında İranın dini lideri Ayətullah Xamneyinin yaxın çevrəsindən 20 nəfərlə Moskvaya qaçmaq planı hazırladığını iddia edib.
"The Times"a danışan bir kəşfiyyat mənbəyi Xamneyinin bu B planının ailəsi və varisi olaraq göstərilən oğlu Mucdəbanı da əhatə etdiyini irəli sürüb. Mənbə Tahrandan təhlükəsiz çıxışı asanlaşdırmaq üçün xaricdəki sərvətlərin və nağd pulların toplanmağa başlandığını da iddia edib.