İranda etirazlar davam edir - Ölənlərin sayı 35-ə çatdı

15:17 - 06 Yanvar 2026

İranda etirazlar davam edir - Ölənlərin sayı 35-ə çatdı

İranda baş verən etirazlarda 4-ü uşaq, 2-si təhlükəsizlik qüvvələrindən olmaqla azı 35 nəfərin həyatını itirdiyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranda yüksək inflyasiya və həyat bahalılığı səbəbilə başlayan və bütün ölkəyə yayılan etirazların 10-cu günündə ölü sayının artdığı qeyd edilib.

Məlumata görə, etirazların başladığı gündən bəri 1200-dən çox insanın həbs edildiyi, hadisələr zamanı 250 polis əməkdaşı və İran İnqilab Keşikçiləri Ordusuna aid 45 könüllü (Besic) yaralandığı vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az