Maduro və həyat yoldaşı ilə bağlı sarsıdıcı iddia gerçək çıxdı

11:01 - 08 Yanvar 2026

Maduro və həyat yoldaşı ilə bağlı sarsıdıcı iddia gerçək çıxdı

Venesuela Daxili İşlər Naziri Diosdado Cabello ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 100-ə çatdığını açıqlayıb. ABŞ-nin hücumu zamanı Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores-ə fiziki müdaxilə edildiyi iddialarına da toxunan Cabello Floresin başından, Maduronun isə ayağından yaralandığını təsdiqləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Venesuelanın dövlət televiziyasına (VTV) verdiyi açıqlamada Cabello ABŞ-nin ölkəyə etdiyi hərbi müdaxilə zamanı çox sayda insanın həyatını itirdiyini, evlərində olan qadınların da yaralananlar arasında olduğunu bildirib.

Cabello, "Ölkəmizə qarşı edilən hücum dəhşətli idi. Bu bir gerçəkdir və bunu heç kim gizlədə bilməz. Hazırda 100 ölən və bir o qədər yaralanan var. Venesuela xalqı ləyaqətli və cəsur bir xalqdır" - deyib.

Cabello, ABŞ-ın son dərəcə güclü bombaları səbəbindən münaqişə ilə əlaqəsi olmayan mülki vətəndaşların həyatını itirdiyini bildirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az